Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xüsusi təyinatlılarımız təlimdə - VİDEO - FOTO

Xüsusi təyinatlılarımız təlimdə - VİDEO - FOTO

Tarix: 1 Mart 2024 11:58

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari il üçün hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə "Dərin qar və şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması" mövzusunda keçirilən taktiki-xüsusi təlimlər davam edir.

Milli.Az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Yüksək dağlıq ərazidə xizəklə taktiki yerdəyişmə fəaliyyətlərini icra edən xüsusi təyinatlılar qarlı ərazidə qayaların və maneələrin keçilməsi, yaralanan hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi və çətin keçilən ərazilər üçün nəzərdə tutulmuş daşıma vasitələri ilə təxliyəsi, eləcə də xüsusi əməliyyatların icrası üzrə digər tapşırıqları yerinə yetiriblər.

Taktiki-xüsusi təlimdə xüsusi təyinatlılar peşəkarlıq nümayiş etdiriblər.

Milli.Az


Etiketlər:  Xüsusi təyinatlılarımız təlimdə VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ