Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Telegram"dan istifadəçilərə ŞAD XƏBƏR: Pul paylayacaq

Telegram

Tarix: 1 Mart 2024 12:24

"Telegram" monetizasiya proqramını işə salır. Kanallardakı reklam postları ödəniş olaraq kanal sahiblərinə qaytarılacaq.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Telegram"ın baş direktoru Pavel Durov açıqlama verib.

Açıqlamada bildirilib ki, "Advertising Platform" adlanan xidmət "Telegram" ilə pul qazanmağı mümkün edəcək.

Kanal sahibləri üzvlərə göstərilən reklamlardan əldə etdikləri gəlirin 50 faizini ala biləcəklər. Reklam platforması tətbiqdəki pulsuz məzmunu gəlir fürsətinə çevirəcək.

Analitik hesabatlara görə, "Telegram"ın 800 milyondan çox istifadəçisi var.

Milli.Az


Etiketlər:  Telegramdan istifadəçilərə ŞAD XƏBƏR Pul paylayacaq


RƏYLƏR