Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qalatasaray"dan transfer bombası: Ulduz futbolçuya elçi düşdü - FOTO

Tarix: 1 Mart 2024 17:00

Türkiyə kuboku ilə vidalaşan "Qalatasaray"ın transfer çalışmaları davam edir.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, mövsümün sonunda müqaviləsi bitəcək Ndombele ilə yollarını ayırmağı planlaşdıran klub dünyaca məşhur ulduzu transfer etmək üçün hərəkətə keçib.

Fransız futbolçunu əvəzləmək üçün axtarışlara başlayan "sarı-qırmızılılar" Almaniya Bundesliqa nəhəngi "Borussiya Dortmund"da çıxış edən Emre Canı gündəminə əlavə edib.

"Qalatasaray"ın Emre Can və Dortmund rəhbərliyi ilə çox müsbət görüş keçirdiyi qeyd edilib.

Mətbuatda alman təmsilçisinin Emre Can ilə yollarını ayırması və futbolçunun gələn mövsüm Türkiyədə oynayacağı iddia edilir.

Həmçinin Almaniya mətbuatı "Qalatasaray"ın Emre Can üçün 8 milyon avroluq transfer təklifi ilə bağlı xəbərlər yayıb.

Qeyd edək ki, Emre Can 5 mövsümlük Dortmund karyerasında bütün yarışlarda 146 matçda iştirak edib. 30 yaşlı yarımmüdafiəçi bu matçlarda 13 qol vurub, 10 məhsuldar ötürmə edib.

Milli.Az


Etiketlər:  Qalatasaraydan transfer bombası Ulduz futbolçuya elçi düşdü FOTO


RƏYLƏR