Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2024 20:18
Türkiyə Elmlər Akademiyasının üzvü, professor Naci Görür "Türkiyənin hər yerində səhər yuxudan duranda 7 və daha çox bal gücündə zəlzələ ola bilər" deyə xəbərdarlıq edib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Türkiyənin zəlzələlərdən xilas ola bilməyəcəyinə işarə edən alim, yeraltı təkanlara davamlı yaşayış sahələrinin yaradılmasının vacibliyini vurğulayıb:
"Hər zəlzələdə bir gecədə 80-90 min insanı dəfn edə bilmərik. Bu bizə yaraşmır. Səhər oyananda Türkiyənin hər yerində 7 bal və ya daha böyük gücdə zəlzələ ola bilər. Bu da böyük fəlakətlərə səbəb olur. İtkilərimiz çoxdur. Tükiyədə 5 baldan yuxarı zəlzələlər ölümə səbəb olur. Bunu həll etməliyik".