Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropalı liderdən etiraf: “Bizi Ərdoğan xilas etdi, o olmasaydı...”

Avropalı liderdən etiraf: “Bizi Ərdoğan xilas etdi, o olmasaydı...”

Tarix: 2 Mart 2024 18:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa qitəsini xilas etdi.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

Baş nazir Türkiyə-Macarıstan əlaqələrinin uzun tarixə malik olduğunu, ölkəsinin Avropadan Türk Dövlətləri Təşkilatına (TDT) qatıldığını bildirib.

Orban Avropanın digər ölkələri ilə müqayisədə Macarıstanda güclü liderlərin həmişə diqqəti cəlb etdiyini qeyd edib:

"Cənab Ərdoğan Macarıstanda xüsusilə populyar, yüksək nüfuzu olan bir liderdir. Macarıstanda bu vacibdir. Prezident Ərdoğanı sevirik. Digər bir həqiqət isə Türkiyə ilə Macarıstan arasında sülh dilində danışılmasıdır".

Macar lider Avropada müharibə dilində, kimisə əzmək və qalib gəlməkdən danışıldığını söyləyib:

"Biz belə deyilik, müharibə dilini sevmirik. Bu kontekstdə Avropa regionunda Türkiyə və Macarıstan istisnadır. Biz qarşılıqlı sülh dilində danışırıq".

Orban Türkiyənin mühafizəkar quruluşunu qoruyub saxlamağı bacaran bir ölkə olduğunu, Avropada ailə, Tanrı, millət kimi anlayışların orta əsrlərin elementləri kimi görüldüyünü və bu dəyərləri ifadə edənlərin problemlərlə üzləşdiyini açıqlayıb.

Macarıstan başçısı miqrasiya məsələlərinin həllində Türkiyənin rolunun çox önəmli olduğunu vurğulayıb:

Türkiyə olmasaydı, Avropa və Avropa Birliyi (AB) ölkələri sabitliyini tamamilə itirəcəkdi. Ərdoğan bir anda Avropa qitəsini xilas etdi. Səkkiz ilə yaxındır bu işə məşğuldur. Ona görə də deyə bilərəm ki, Türkiyədə güclü liderlik olmasaydı, hamımız Avropada çətinlik çəkərdik. Bu səbəbdən də Avropada hər kəs Türkiyəyə minnətdardır və olmalıdır".

Milli.Az


Etiketlər:  Avropalı liderdən etiraf Bizi Ərdoğan xilas etdi o olmasaydı


RƏYLƏR