Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2024 13:16
49 yaşlı müğənni Ebru Gündəşlə iş adamı Murad Özdəmirin ailə qurmasından sonra iddialar artmaqda davam edir.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Türkiyədə yayımlanan "Söylemezsem olmaz" proqramında Muradın eks-xanımı Selin Kabaklının növbəti iddiası səsləndirilib.
Bildirilib ki, Murad evli olduğu ərəfədə nəinki Ebru ilə münasibətdə olub, həmiçinin, tanınmış aparıcı ilə də görüşüb.
Mövzunun davamında aparıcı Arto "Elə bir xəbər spikeri var. Çox güman odur. Adı "B" hərfi ilə başlayır. Onunla yazışmaları da var. Təəssüf ki, hər eşq qalmaqalında onun adı keçir" sözlərini söyləyib.
Aparıcılar Yağmur Çevik və Hande Sarıoğlu Ebrunun da bundan xəbərdar olduqlarını vurğulayıblar.
Qeyd edək ki, iki dəfə evli olan Muradın 3 övladı var. E.Gündəş isə 3 dəfə ailə qurub və boşanıb. Onun keçmiş həyat yoldaşı, Cənubi azərbaycanlı iş adamı Reza Zarrabdan bir qızı var