Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Acun 4-cü dəfə evlənir - FOTO

Acun 4-cü dəfə evlənir - FOTO

Tarix: 5 Mart 2024 20:44

Şeyma Subaşı ilə ayrıldıqdan sonra özündən 30 yaş balaca Ayça Çağla Altunkaya ilə sevgili olan Türkiyənin TV-8 kanalının sahibi, aparıcı, 55 yaşlı Acun Ilıcalı ilə bağlı iddialar yayılıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, cütlük evlənməyə qərar verib.

"Söylemezsem Olmaz" proqramının yeni şərhçilərindən Yağmur Çevik Altunkaya və Acunun təxmini toy tarixini də açıqlayıb.

"Yəqin ki, Survivordan sonra evlənəcəklər", - Çevik deyib.

Cütlükdən məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Qeyd edək ki, bu Acunun 4-cü evliliyi olacaq. Ilıcalının Banu, Leyla, Yasemin və Melisa adlı qızları var.

Milli.Az


Etiketlər:  Acun 4 dəfə evlənir FOTO


RƏYLƏR