Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ"ın "Bayer 04"ə qarşı TƏXMİNİ HEYƏTİ

Tarix: 7 Mart 2024 18:10

Bu gün Avropa Liqasının 1/8 finalında "Qarabağ" "Bayer 04"ü qonaq edəcək.

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, qarşılaşmaya maraq olduqca böyükdür. Görəsən, Qurban Qurbanov bu görüşdə hansı heyətə güvənəcək? "Köhlən atlar"ın təxmini heyətini təqdim edirik:

Qapıda Andrey Lunyov dayanacaq. Müdafiənin solunda cəzalı olan Elvin Cəfərquliyevi Toral Bayramov əvəz edəcək. Mərkəzdə Bəhlul Mustafazadə - Bədavi Hüseynov tandemi yer alacaq. Sağ cinahda isə Marko Veşoviç yer alacaq. Dayaq yarımmüdafiəsində cəzalı Julio Romaonu Patrik Andrade əvəz edəcək. Marko Yankoviç isə mərkəzdən hücumların qurulmasında iştirak edəcək. Abdulla Zubir sol, Leandro Andrade isə sağ cinahda vinger kimi oynayacaq. "Qarabağ"ın qol ümidi isə Olavio Juninyo olacaq.

Qeyd edək ki, qarşılaşma bu gün saat 21:45-də start götürəcək.

Milli.Az


Etiketlər:  Qarabağın Bayer 04ə qarşı TƏXMİNİ HEYƏTİ


RƏYLƏR