Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

Tarix: 8 Mart 2024 09:42

Prezident İlham Əliyev Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransın iştirakçılarına müraciət edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, müraciətin mətnini Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Qeyd edək ki, Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir. Tədbirdə dünyanın 30 ölkəsindən alimlər beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələrini əhatə edən 130-dan çox beynəlxalq qonaq iştirak edir.

Milli.Az


Etiketlər:  Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb


RƏYLƏR