Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hipnozla arıqlamaq mümkündürmü? - VİDEO

Hipnozla arıqlamaq mümkündürmü? - VİDEO

Tarix: 9 Mart 2024 09:42

Son vaxtlar arıqlamaq üçün hipnoterapiyaya üz tutanların sayı artıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hipnoterapist Gülnarə İbişova bildirib ki, diyeta saxlamadan və əməliyyatsız hipnozla arıqlamaq mümkündür.

Onun sözlərinə görə, hipnoz üsulu təkcə arıqlamaq üçün deyil, pis vərdişlərdən uzaqlaşmaq üçün də effektiv metoddur. Çönki hipnoz bir peşəkarın yardımı ilə insanın duyğu, düşüncə və qavramalarının yenidən haşiyələnməsi, davranışlarının dəyişdirildiyi prosesdir.

G.İbişova onu da qeyd edib ki, hipnoterapiya zamanı insanın şüaraltına təsir edilir və o, hansısa bir hərəkəti edib-etməməyə inandırılır. Ən əsas məsələ isə şəxsin özünün bunu istəməsidir.

Diyetoloqlar isə bunu tibbi olaraq mümkünsüz hesab edirlər.

Psixoloqlar isə bildiriblər ki, hər bir insan üçün inam və psixoloji təsir önəmli rol oynadığından hipnoterapiya da effektiv metod ola bilər.

Ətraflı süjetdə:

Milli.Az


Etiketlər:  Hipnozla arıqlamaq mümkündürmü VİDEO


RƏYLƏR