Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Süni intellektlə işləyən ventilyator hazırlandı: Sahibinin əvəzinə qərar verəcək - FOTO

Süni intellektlə işləyən ventilyator hazırlandı: Sahibinin əvəzinə qərar verəcək  - FOTO

Tarix: 9 Mart 2024 15:20

Süni intellektlə bağlı tərtibatlar günü-gündən artmağa başlayır. Bunlardan biri də havanı özü tənzimləyən ağıllı ventilyatordur.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Mijia Fan" adlanan yeni ixtira "HyperOS" əməliyyat sistemində işləyir. O, otaqda temperaturu arzuolunan səviyyədə saxlamaq üçün süni intellekt funksiyalarından istifadə edir. Belə ki, otaq tətbiqdə əvvəllər konfiqurasiya edilmiş parametrdən çox isinərsə, qadcet avtomatik olaraq işə düşür.

İxtira Çinin "Xiaomi" şirkətinə məxsusdur.

Şirkətdən bildirilib ki, ventilyator 13 metrə qədər məsafədə havanı təmin edə bilir. Bundan başqa 100-ə qədər sürət rejimini dəstəkləyir ki, bununla da enerjiyə qənaət edilir.

Milli.Az


Etiketlər:  Süni intellektlə işləyən ventilyator hazırlandı Sahibinin əvəzinə qərar verəcək FOTO


RƏYLƏR