Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2024 08:32
ABŞ Haitidə təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar bu ölkəyə dəniz piyadaları göndərməyi düşünür.
Sonxeber.net axar.az-a istinadla xəbər verir ki, bu barədə "Marine Corps Times" hərbi rəsmiyə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ-ın Port-o-Prinsdəki səfirliyindən təhlükəsizlik dəstəyi tələb edilərsə, dəniz piyadaları bölgəyə yeridiləcək.
Nəşr xatırladı bki, ABŞ-ın Haitidəki səfirliyi amerikalıları mümkün qədər tez ölkəni tərk etməyə çağırıb.
Qeyd edək ki, Haitidə Prezident sarayına hücum olub. Silahlı dəstələr Port-au-Prins şəhərinin mərkəzində və ya onun yaxınlığında çoxsaylı hökumət binalarına da hücum ediblər.