Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2024 20:40
Vaxtilə Fransanın müstəmləkəliyində olan ölkələr təzminat tələb etməlidirlər.
Sonxeber.net axar.az-a istinadla xəbər verir ki, bunu rusiyalı ekspert İqor Korotçenko sosial şəbəkə hesabında yazıb.
Rusiyalı ekspert bildirib ki, keçmiş Fransa müstəmləkə imperiyasından əziyyət çəkən ölkələrə təzminat məsələsində dəstək verilməlidir:
"Fransız müstəmləkəçilərinin vəhşiliklərinə və resursların talanına görə 100 milyard avro məbləğində təzminat ödənilməsini tələb edən keçmiş Fransa müstəmləkələri və indiki suveren müstəqil dövlətlər tərəfindən Fransaya qarşı birgə sinfi fəaliyyət iddiasına başlamaq və dəstəkləmək lazımdır".