Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zəiflik və başgicəllənmə ürəkdə aritmiyadan ola bilər

Zəiflik və başgicəllənmə ürəkdə aritmiyadan ola bilər

Tarix: 10 Mart 2024 23:00

Aritmiya ürəyin normal ritminin pozulmasıdır. Bu istənilən sağlam insanda da yarana bilər.

Milli.Az medicina.az-a istinadla xəbər verir ki, kardioloq Aleksandra Staroverova aritmiyanın adi yorğunluq verə bildiyini açıqlayıb.

"Aritmiya ürək ritminin müntəzəmlik və tezliyinin pozulmasıdır.

Bu pozulma ilə hətta ən möhkəm və sağlam insanlar da rastlaşa bilər.
Aritmiyanın yaranma səbəbi heç də həmişə patoloji olmur. Amma o təkrarlanırsa, mütləq müayinə olunub, riskli durumları müəyyən etmək lazımdır.

Aritmiyanın simptomları - başgicəllənmə, zəiflik, sinədə sıxılma, döyüntü, döş qəfəsində sanki vurğu, huşun dumanlanması və itməsi ola bilər.

Aritmiya ürək patologiyası ilə əlaqəli olduqda təhlükəlidir. Bunlara işemiya, miokardit, mədəciklərin fibrilyasiyası aiddir.

Eyni zamanda zob, depressiya və stresdə aritmiya olur".

Milli.Az


Etiketlər:  Zəiflik başgicəllənmə ürəkdə aritmiyadan ola bilər


RƏYLƏR