Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Telegram”ın qiyməti məlum oldu

“Telegram”ın qiyməti məlum oldu

Tarix: 12 Mart 2024 09:36

Səhmlərin bazara çıxarılması (IPO) ərəfəsində potensial investorlar "Telegram" mesencerini 30 milyard dollardan çox qiymətləndiriblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə mesencerin həmtəsisçisi Pavel Durov "Financial" nəşrinə müsahibəsində bildirib.

Lakin o, səhmlərin ilkin kütləvi təklifinin nə vaxt və hansı saytlarda planlaşdırıldığını dəqiq açıqlamayıb.

Durovun sözlərinə görə, mesencerin 30 milyard dollar dəyərində qiymətləndirilməsində, digərləri ilə yanaşı, qlobal texnologiya fondları da iştirak ediblər.

O əlavə edib ki, qarşıdan gələn IPO zamanı şirkət səhmlərin bir hissəsini sadiq istifadəçilərinə satmağı nəzərdən keçirəcək.

Milli.Az


Etiketlər:  Telegramın qiyməti məlum oldu


RƏYLƏR