Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğan: "Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması ilə yeni dövrün başlanmasını arzulayırıq"

Ərdoğan:

Tarix: 13 Mart 2024 08:52

Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması ilə regionda yeni dövrün başlanmasını arzulayırıq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Cənubi Qafqazda sabitliyin qorunması Türkiyənin prioritetlərindən biridir.

Türkiyə Prezidenti Şərqi Aralıq və Egey dənizində Yunanıstanla münasibətlərdə son zamanlar formalaşan mənfi atmosferin dəyişəcəyinə və səylərin konkret nəticələr verəcəyinə ümidvar olduğunu bildirib. Ərdoğan əlavə edib ki, Türkiyə Balkanlarda sabitliyə və sülhə xidmət edən addımları hər zaman dəstəkləyir.

Dövlət başçısı qeyd edib ki, Türkiyənin NATO müttəfiqi olan ABŞ ilə Vaşinqtonda keçirilən sonuncu strateji mexanizm görüşündə əməkdaşlığın təkmilləşdirilməsi barədə razılıq əldə olunub və Türkiyənin Avropa İttifaqına üzvlüyü strateji məqsəd olaraq qalır.

Milli.Az


Etiketlər:  Ərdoğan Azərbaycan Ermənistan sülh sazişinin imzalanması ilə yeni dövrün başlanmasını arzulayırıq


RƏYLƏR