Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İngiltərədə məşhurlaşan qaz deportasiya edildi

İngiltərədə məşhurlaşan qaz deportasiya edildi

Tarix: 13 Mart 2024 20:56

İngiltərənin Bukingemşir şəhərində insanlara özünü sevdirən və şəhərin məşhur simasına çevrilən Bruce (Bryus) adlı qaz şəhərdən deportasiya edilib. O, tək bir şikayətdən sonra qovularaq,  kənddəki yeni evinə göndərilib. 

Sonxeber.net sfera.az-a istinadən bildirir ki, şəhərin məşhur simasına çevrilən quş tez-tez küçələrdə iğtişaşlar törədirdi.

İndi o, öz məmləkətindən 61 km uzaqlıqdakı qoruqda yaşayacaq. Qeyd edək ki, şikayətin insan sağlamlığı üçün təhlükə adlandırmasından sonra belə kəskin tədbirlər görülüb. Gümüş rəngli qaz  şəhərdə məşhurlaşmışdı.  Onu tez-tez yaxınlıqdakı göl və gölməçələrin yaxınlığında gəzərkən görmək mümkün idi. O, həmçinin şirniyyat çubuqları və ya xırtıldayan yemək tapmaq ümidi ilə ofis blokları və supermarket ətrafında alıcılara və ofis işçilərinə sevinc bəxş edirdi. 

Qazı təbii yaşayış yerinə qaytarmaq üçün çoxsaylı cəhdlərə baxmayaraq, Bryus daim şəhər mərkəzinə qayıtmağa davam etmişdi. Lakin insan səhhətinə təhlükə şikayətlərindən sonra qaz, sığınacağa köçürülüb.

Qeyd edək ki, Bryus ilk dəfə 2023-cü ilin əvvəlində ofis binasının yaxınlığında gəzərkən tapılıb. Bundan sonra heyvan hüquqları fəallarına məlumat verilib. Ehtimal olunur ki, Bryus 2022-ci ildə başqa bir xeyriyyə təşkilatı tərəfindən iki dəfə xilas edilib, lakin onun neçə yaşında olduğu bilinmir.

Bryusu gölə aparıblar, orada 6 gün qalıb, sonra şəhərin mərkəzinə qayıdıb. Tezliklə qaz yenidən şəhərdə iğtişaşlar törədib. O, pik saatlarda hərəkətli yollar və kəsişmələrdən keçir. Bryusu dəfələrlə kəndə aparsalar da, o əvvəlki yerinə qayıdıb. 
Bu il martın 7-də quşla bağlı daha bir şikayət eşidilib.

Bryus indi "The Waterfowl" qoruğunda dəbdəbəli və rahat həyat yaşayır. Məlumata görə, o, özünü yaxşı hiss edir.


Etiketlər:  İngiltərədə məşhurlaşan deportasiya edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ