Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tbilisidə yaşayış binasında partlayış - FOTO

Tbilisidə yaşayış binasında partlayış - FOTO

Tarix: 14 Mart 2024 09:26

Tbilisinin Samtredi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında güclü partlayış baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində binanın bir neçə mərtəbəsi zərər görüb.

Tbilisi Yanğın Xilasetmə Departamentinin rəhbəri Levan Museliani jurnalistlərə açıqlamasında ilkin ehtimala görə partlayışın qaz sızması nəticəsində baş verdiyini deyib.

İnsidentin binadakı kommersiya obyektində baş verdiyi, xəsarət alanın olmadığı qeyd olunub.

Bununla belə binanın bütün sakinləri təxliyə edilib.

Əraziyə çox sayda polis və xilasedici cəlb edilib, araşdırmalara başlanılıb.

Milli.Az


Etiketlər:  Tbilisidə yaşayış binasında partlayış FOTO


RƏYLƏR