Tarix: 17 Noyabr 2019 22:00
Ukrayna millisi bu gün Avro-2020-nin seçmə mərhələsinin sonuncu – 10-cu turunda səfərdə Serbiya ilə qarşılaşıb.
Qol.az xəbər verir ki, görüş 2:2 hesabı ilə başa çatıb. Bununla da, Andrey Şevçekonun komandası 20 xalla qrupu lider kimi başa vurub.
Yığma komanda bu nəticədən sonra tarixinin ən yaxşı göstəricisinə imza atıb. Ukraynanılar ilk dəfə ili məğlubiyyətsiz başa vurub. Komanda 2019-cu ildə 8 rəsmi, 2 yoldaşlıq oyunu keçirib və meydanı 7 qələbə, 3 heç-heçə ilə tərk edib.
Ukrayna millisi Andrey Şevçenkonun gəlişindən sonra 11 oyundur uduzmur. Komanda sonuncu dəfə 2018-ci il, noyabrın 16-da Slovakiyaya uduzub – 1:4.