Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əli Əsədov Məhəmməd Yunus ilə görüşüb

Əli Əsədov Məhəmməd Yunus ilə görüşüb

Tarix: 16 Mart 2024 18:45

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 16-da Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Milli.Az-a bildiriblər ki, görüşdə XI Qlobal Bakı Forumunun önəmi vurğulanıb, çoxlu sayda ölkədən dövlət və hökumət başçılarının, tanınmış siyasi və ictimai xadimlərin bu tədbirdə iştirakı onun nüfuzunun göstəricisi kimi dəyərləndirilib.

Söhbət zamanı Azərbaycanın müstəqillik dövründə qazandığı nailiyyətlər və dinamik inkişaf yolu barədə məlumat verilib. Ölkəmizdə bütün istiqamətlərdə, xüsusilə iqtisadi sahədə aparılan genişmiqyaslı islahatların müsbət nəticələr verdiyi vurğulanıb.

Görüşdə Nobel sülh mükafatı laureatı Məhəmməd Yunusun dünya miqyasında yoxsulluğa qarşı mübarizədə uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilib.

Milli.Az


Etiketlər:  Əli Əsədov Məhəmməd Yunus ilə görüşüb


RƏYLƏR