Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2024 07:52
Çinlilər "Apple" şirkətini qabaqlayaraq daxili ekranlı "AirPod"lar təqdim ediblər.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, yeni məhsul 2021-ci ildən mövcud "Apple" patenti əsasında yığılıb.
Şirkət rəsmi açıqlama verməsə də, "Apple"ın ən azı 2021-ci ildən korpusa quraşdırılmış sensor displeyli "AirPods" üzərində işlədiyi barədə məlumatlar var. Ancaq artıq Çin ustalarının bu qulaqlıqların istehsalına başladığı bildirilir.
Bununla bağlı yayılan fotolarda yeni qulaqlıqların visual olaraq "AirPods Pro"ya oxşadığı görünür. Ancaq burada sadəcə bir fərq var. Belə ki, qulaqlığın korpusunun ön tərəfində qapaq açıldıqda işə salınan düzbucaqlı displey var. "Yeni məhsul" interfeysi Çin dilinə tərcümə edilib.
Qeyd olunur ki, ekran sadəcə nümayiş üçün deyil, həmçinin tam işləkdir və yeni qulaqlıqlar səs-küyün azaldılması və digər funksiyalara nəzarət etməyə imkan verir.
Çində quraşdırılmış ekrana malik saxta "AirPod"ların topdan satışı 188 yuana (təxminən 45 manat) başa gəlir. Orijinal "AirPods Pro" isə 350-390 manat qiymətinə satılır.