Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur qrupun solisti 74 yaşında vəfat etdi - FOTO

Məşhur qrupun solisti 74 yaşında vəfat etdi - FOTO

Tarix: 18 Mart 2024 10:32

İngilis rok qrupu "Cockney Rebel"in solisti kimi tanınan britaniyalı musiqiçi Stiv Harli 74 yaşında vəfat edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə onun ailəsi sosial şəbəkədə məlumat yayıb.

"Biz dərin hüzünlə bildiririk ki, gözəl həyat yoldaşı və atamız ailəsinin əhatəsində evdə vəfat edib", - deyə yazıda bildirilib.

Qeyd edək ki, qlem-rok janrında ifa edən "Cockney Rebel" 1973-cü ildə Londonda yaradılıb. Onun populyarlığının zirvəsi ötən əsrin 70-ci illərinin ortalarına təsadüf edir. Qrupun "Make Me Smile" ("Come Up and See Me") və "Here Comes The Sun" ("The Beatles" hitinin kaveri) kimi mahnıları 1975-ci ildə Böyük Britaniya hit-paradlarının zirvəsinə yüksəlib.

Milli.Az


Etiketlər:  Məşhur qrupun solisti 74 yaşında vəfat etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ