Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2024 13:56
"Bu gündən etibarən "Dövlət haqqında söhbətlər" adlı seriya çəkilişlərimə başlayıram".
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan özünün "TikTok" səhifəsində paylaşdığı videoçarxda deyib.
Paşinyanın sözlərinə görə, çəkəcəyi videoçarxlarda dövlət, vətəndaş azadlığı və s. bu qəbildən mövzulara toxunacaq.
"Hansı məsələlərə toxunulacağı artıq başlıqdan bəllidir, sadəcə olaraq bəzi fikirlərimi sizinlə bölüşmək istəyirəm. Ümid edirəm ki, bu, hamımıza bu xaosda strateji, dərin düşüncə üçün materiala çevrilə bilər", - deyə Paşinyan qeyd edib.