Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2024 10:34
Rusiyanın paytaxtı Moskvada 52 yaşlı qadın səkkizinci mərtəbənin pəncərəsindən yıxılıb və sağ qalıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Milli Qvardiyasının mətbuat xidmətindən məlumat verilib.
Həmçinin hadisənin videogörüntüləri Rusiya Milli Qvardiyasının "Telegram" kanalında yayımlanıb.
Görüntülərdə qadın yüksək mərtəbədən yıxılmasına baxmayaraq, özü ayağa qalxıb, müstəqil şəkildə hərəkət edib və danışıb. O, hadisənin təsadüfən baş verdiyini bildirib. Qadına ilk tibbi yardımı yaxınlıqda olan Rusiya Milli Qvardiyasının əməkdaşları göstəriblər. Daha sonra qadın təcili yardım maşını ilə şəhər xəstəxanalarından birinə aparılıb. Ona bud sümüyünün sınığı diaqnozu qoyulub. Həmçinin beyin silkələnməsindən də şübhə edilir.
Qeyd edilib ki, qadının yıxıldığı yerdə qarın yığılması onun az zədə almasına səbəb olub.