Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden bu dəfə ölkələri səhv saldı

Bayden bu dəfə ölkələri səhv saldı

Tarix: 20 Mart 2024 12:26

Çıxışıları zamanı müxtəlif səhvlərə yol verən ABŞ Prezidenti Co Bayden Nevada ştatında seçki kampaniyası üçün keçirilən ianə toplantısında danışarkən Finlandiya və Norveçi qarışdırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, siyasətçinin nitqindən bir hissə ABŞ Respublikaçılar Partiyasının X sosial şəbəkəsində dərc olunub.

ABŞ lideri çıxışında 2023-cü ilin noyabrında ölkənin keçmiş dövlət katibi Henri Kissincerlə Rusiya və NATO haqqında necə danışdığını təsvir edib.

"O deyib ki, biz NATO-nu heç vaxt olmadığı kimi gücləndiririk. Biz Avropanı birləşdirdik, NATO və onun sərhədlərini İsveç və Norveçi də əhatə edəcək şəkildə genişləndirdik. O, sonra dedi ki, bu, dünyanı dəyişdi", - Bayden onun sözlərini yanlışlıqla xatırlayıb.

Qeyd edək ki, Finlandiya və İsveç 2022-ci ildə NATO-ya üzv olmaq üçün eyni vaxtda ərizə təqdim ediblər. Eyni zamanda, Norveç NATO-nun təsisçi ölkələrindən biri olub və uzun onilliklər ərzində təşkilatın üzvüdür. Norveç 1949-cu ildə yarandığı gündən alyansın üzvüdür.

Milli.Az


Etiketlər:  Bayden bu dəfə ölkələri səhv saldı


RƏYLƏR