Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vedibasarda atışma - 1 yaralı

Vedibasarda atışma - 1 yaralı

Tarix: 24 Mart 2024 22:06

Bu gün, martın 24-də Vedibasar bölgəsində atışma baş verib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə erməni mediası məlumat yayıb.

Saat 16:00 radələrində Ararat rayon polis şöbəsinə, Artaşat polis şöbəsinə və Ararat rayon Patrul xidmətinə Açaryan küçəsində yerləşən evlərdən birində atışma baş verməsi və qurbanın olması barədə əməliyyat məlumatı daxil olub.

Patrul xidməti əməkdaşları və polis əməkdaşları Zöhrab küçəsində 6 ədəd, İsakov küçəsində isə 1 ədəd güllə yararsız patron aşkar ediblər.

Patrulçular hadisə yerində xidmət apararkən Artaşat tibb məntəqəsindən bir vətəndaşın güllə yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Artaşat polis idarəsinin əməliyyat qrupu şəxsi heyətlə idarənin rəis müavini Alik Kazaryan və cinayət axtarış idarəsinin rəis müavini Vaçik Nikoqosyanın rəhbərliyi ilə xəstəxanaya gedib.

Polis Ararat rayon sakini, 30 yaşlı Tiqran B.-nin yaralandığını müəyyən edib.

Mənbənin sözlərinə görə, polis qətlə cəhddə şübhəli bilinən şəxsin kimliyini müəyyən edib, onu axtarışda tapıb və Artaşat polis şöbəsinə gətirib.

Faktla bağlı Ararat rayon İstintaq Şöbəsində adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb.

Polis cinayətin silahına çevrilmiş odlu silahın aşkar edilməsi istiqamətində zəruri tədbirlər görür.

Milli.Az


Etiketlər:  Vedibasarda atışma 1 yaralı


RƏYLƏR