Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elektron poçtunu açdı: 150 min dollar itirdi

Elektron poçtunu açdı: 150 min dollar itirdi

Tarix: 25 Mart 2024 06:08

Avstraliya sakini, 60 yaşlı Renato Kalalanq, e-poçt fırıldaqçılığı səbəbiylə demək olar ki, bütün pensiya əmanətlərini itirdikdən sonra maliyyə fəlakəti ilə üzləşib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Renatonun təsvir etdiyi kimi, o, Manila bankı vasitəsilə mərhum əmisi oğlundan 3,8 milyon avro miras aldığını iddia edən bir e-poçt alıb. Məktub həmçinin mirasın açılması üçün müəyyən rüsumların ödənilməsini tələb edirdi. Fırıldaqçılara güvənən Renato üç ay ərzində hesabında bir qəpik də qalmayana qədər pul köçürməyə başlayıb.

"Maliyyə azadlığım əlimdən alındı və mən özümə hörmətim indi normadan aşağıdır. Ailə məni ayaqda saxlayan yeganə şeydir", - kişi etiraf edir.

Commonwealth Bank nümayəndələrinin fikrincə, "miras"la bağlı belə saxtakarlıq sxemləri çox yayılıb. Bank müştəriləri ayıq olmağa və qarşılığında gələcək miras vəd edən yad şəxslərə pul köçürməməyə çağırır.

Milli.Az


Etiketlər:  Elektron poçtunu açdı 150 min dollar itirdi


RƏYLƏR