Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilərin yaydığı bu məlumat saxtadır - RƏSMİ

Ermənilərin yaydığı bu məlumat saxtadır - RƏSMİ

Tarix: 25 Mart 2024 07:15

Erməni "Telegram" kanallarında guya "Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi"nə dair məlumatların yayılmasına cəhdlər olunur.

Müdafiə sənayesi nazirliyindən Sonxeber.net-a bildirilib ki, bu kimi məlumatlar təmamilə "fake" və dezinformasiya xarakteri daşıyır.

Erməni "Telegram" kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub. Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir.

Bir daha bildiririk ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər hansı hərbi təyinatlı məmulatlar göndərilməmişdir.


Etiketlər:  Ermənilərin yaydığı məlumat saxtadır RƏSMİ


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ