Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Əyləşin avtobuslara, "Prius"lara... ən pis halda..."

Tarix: 27 Mart 2024 11:24

Bu gedişlə şəhər küçələri avtomobilsiz qalacaq

Bu sözləri İTV-nin aparıcısı Nigar Sabirqızı sosial şəbəkədə qeyd edib. O, parkinq qiymətlərinin artırılmasından gileylənib.

"Belə anlayıram ki, məsul qurumlar tıxacın qarşısını ala bilmədiyi və ya almaq istəmədiyi üçün çarəni parkinq qiymətlərini, dayanma-durma cərimələrini artırmaqda görüb.

Dəmiryol Vağzalının qarşısında parkinq qiymətlərini görəndən sonra düşündüm ki, bu gedişlə şəhər küçələri avtomobilsiz qalacaq. (15-30 dəqiqə üçün 1 manat, 1 saat üçün 2 manat, 2 saat üçün 4 manat və s.) Deyirlər ki, insanlar şəxsi avtomobildən imtina edib ictimai nəqliyyata üstünlük verməlidir. Düz deyirlər, nə var rahat avtomobildə gedirsiniz? Əyləşin yarım saatda bir gələn, idarə olunması hər zaman müzakirə yaradan, sərnişinləri bir-birinə yapışdırıb mehriban edən avtobuslarımıza. Ən pis halda özünüzü rallidə hesab edib həyəcan yaşayacaqsız, bəzən də üfunət qoxusundan boğulacaqsız. Ya da əyləşin sürücüləri arasında narkomanların da olduğu Prius-lara. Ən pis halda canınızda olacaqsız. Eybi yox, əsas odur ki, avtomobildən imtina edərək məsul şəxslərimizi tıxacı aradan qaldırmaq, parkinq yeri yaratmaq dərdindən xilas edək.

Milli.Az


Etiketlər:  Əyləşin avtobuslara Priuslara ən pis halda


RƏYLƏR