Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hade və Lukasın oğlu... - FOTOlar

Hade və Lukasın oğlu... -  FOTOlar

Tarix: 27 Mart 2024 18:02

"Klon" serialı bitəndə sonra Lukas və Hade ekrandakı eşqlərini real həyatda da davam etdirdilər.

Milli.az OLAY-a istinadla yazır ki, Murilo Benesio və Ciovanna Antonelli uzun illər davam edən çəkilişlərdən sonra ayrıla bilmədilər və seriallarının fanatlarını sevindirdilər. Onlar bu ərəfələrdə eşqlərini rahat şəkildə elan etmişdilər.

2005-ci ildə cütlüyün Pietro oğlu dünyaya gəlib. Onlar zaman-zaman övladları ilə birgə görüntüləniblər. Ötən gün isə Murilo "Oğlumla iş günü" şərhini yazaraq Pietronun fotosunu paylaşıb.

O, valideynlərinin izi ilə - şou-biznesə qatılıb və özünü musiqi sahəsində tapıb. 18 yaşlı Pietro "beat"lər hazırlayır, həm də model kimi çalışır.

Milli.Az


Etiketlər:  Hade Lukasın oğlu FOTOlar


RƏYLƏR