Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə çökmə baş verdi: İşçilər torpaq altında qaldılar - FOTO

Türkiyədə çökmə baş verdi: İşçilər torpaq altında qaldılar - FOTO

Tarix: 27 Mart 2024 20:38

Türkiyənin Trabzon vilayətinin Hayrat rayonunda içməli su xəttinin inşası zamanı çökmə baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, rayonun Balaban məhəlləsində baş verən hadisədə 3 işçi torpaq altında qalaraq həyatını itirib.

Podratçı şirkət tərəfindən həyata keçirilən "Of-Hayrat Group İçməli Su" layihəsi çərçivəsində aparılan işlər zamanı sınaq məqsədilə verilən təzyiqli su çökməyə səbəb olub.

Hadisə yerinə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), sağlamlıq, xilasetmə və jandarma qrupları cəlb edilib. Nəticədə 3 işçinin meyiti aşkarlanıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az


Etiketlər:  Türkiyədə çökmə baş verdi İşçilər torpaq altında qaldılar FOTO


RƏYLƏR