Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib

Tarix: 27 Mart 2024 23:06

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Andres Rasmussenlə bağlı paylaşım edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, Prezidentin köməkçisi sosial şəbəkədə qeyd edib:

"NATO-nun keçmiş baş katibi Andres Rasmussenin və onun ətrafının Ermənistan hökuməti və erməni lobbisi tərəfindən sifariş edilmiş və ödənişli qondarma hesabat və ya "damğa" materialı mənə 04 sentyabr 2023-cü il tarixli Ermənistan Respublikasının ödəniş sənədinin də paylaşıldığı yer haqqında postumu yenidən dərc etməyimi xatırlatdı. Anders Rasmussen hesabatına ödənişi əlavə etməyi unudub. Pullar danışır!".

Milli.Az


Etiketlər:  Hikmət Hacıyev NATO nun eks baş katibi ilə bağlı paylaşım edib


RƏYLƏR