Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2024 17:54
Livanın Baş naziri Nacib Mikati ölkəyə səfərə gələn italiyalı həmkarı Girogia Melonini köməkçisi ilə səhv salıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə İtaliya nümayəndə heyətinin Beyruta rəsmi səfəri zamanı baş verib.
Belə ki, Mikati italiyalı həmkarını qarşılamaq üçün Beyrut hava limanına gəlib. Bu zaman təyyarədən Melonidən əvvəl onun köməkçisi Patrizia Scurti enib. Livanın Baş naziri onu Meloni zənn edərək qucaqlayıb və öpüb.
Bunun ardınca N. Mikati yol verdiyi səhvlə bağlı məlumatlandırılıb. O, bir neçə dəqiqə sonra təyyarədən edən Melonini eyni qaydada qarşılayıb. Hadisənin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.