Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2024 18:40
"9 il tibb oxumuşam, cərrah ginekoloqam".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova "Gündən-günə" verilişində deyib. Sənətçi tibb təhsili almasından, amma fəaliyytini həkim kimi davam etdirməməsindən danışıb:
"Ailəm məni başqa sahəyə yönəltdilər. Kimya, biologiyanı yaxşı bildiyim üçün tibb akademiyasına daxil oldum. 6 il oxudum həkim oldum. Sonra 2 il oxudum ginekoloq ixtisasını, 1 il isə dəri-zöhrəvini bitirdim. Davam etsəydim, indi tanınmış həkim idim. Amma məni saxlamadı. İndi də nəsə soruşanda, həkim kimi məsləhətlər verə bilərəm. Fəaliyyətim o vaxtdan var. Amma incəsənət daha çox cəlb edirdi".