Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kifayət qədər yuxulamamaq insanı qocaldır

Kifayət qədər yuxulamamaq insanı qocaldır

Tarix: 30 Mart 2024 22:33

Stokholm Universitetinin alimləri özlərini gənc və sağlam hiss etməyin yolunu kəşf ediblər. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, araşdırmalara görə, yuxu keyfiyyəti insanın özünü nə qədər gənc hiss etməsi ilə əlaqələndirilir.

Mütəxəssislər 18 yaşdan 70 yaşa qədər 429 nəfərin məlumatlarını təhlil ediblər. Respondentlər özlərini neçə yaşda hiss etdiklərini, son bir ayda nə qədər tez-tez kifayət qədər yuxu almadıqlarını və nə qədər yuxulu olduqlarını bildiriblər. Məlum olub ki, hər keyfiyyətsiz yuxu insanı 0,23 yaş qocaldır.

Tədqiqatçılar həmçinin 18-46 yaş arası 186 nəfərlə eksperiment aparıblar. İki gecə cəmi dörd saat, sonrakı iki gecə doqquz saat yatıblar. Qismən yuxu məhrumiyyətindən sonra könüllülər özlərini 4,4 yaş daha yaşlı hiss etdiklərini bildiriblər.

Beləliklə, daha çox oyaqlıq hiss etmək, özünü həqiqi yaşından dörd yaş kiçik hiss etməklə, çox yuxulu hiss etmək isə özünün həqiqi yaşından altı yaş böyük hiss etməsi ilə əlaqələndirilir. 

Müəlliflər belə nəticəyə gəlirlər ki, nəticələr qeyri-kafi yuxu və yuxululuğun qoca insanların hisslərinə əhəmiyyətli təsir göstərdiyinə dair güclü sübutlar təqdim edir və yuxunun saxlanması çox güman ki, gənc hiss etmək üçün əsas amildir.

Milli.Az


Etiketlər:  Kifayət qədər yuxulamamaq insanı qocaldır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ