Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xərçəngin müalicəsi üçün dərman müəyyən olundu

Xərçəngin müalicəsi üçün dərman müəyyən olundu

Tarix: 31 Mart 2024 08:06

Yeni bir araşdırma nəticəsində məlum olub ki, Çində istifadə edilən bir dərman orqanizmin xərçənglə mübarizə qabiliyyətini artırır.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, araşdırma "Frontiers in Pharmacology" elmi jurnalında dərc olunub.

Araşdırma əvvəlcə siçanlar üzərində aparılıb. Ansofaksin hidroxlorid adlı antidepressantın şiş müalicəsində istifadə olunan dərmanlarla birlikdə qəbulu siçanlarda kolon xərçənginə səbəb olan hüceyrələrin böyüməsinə maneə törətdiyi müəyyənləşib. Tədqiqatçılar dərmanın xərçəngə qarşı immun reaksiyasını oyadan hüceyrələrin inkişafını stimullaşdırdığını müşahidə ediblər. Məlum olub ki, bu dərman şiş hüceyrələrini məhv etmək qabiliyyətinə malikdir. Müəyyən şiş dərmanları ilə birlikdə istifadə edildikdə, antidepressant siçanların dalaqlarında və digər orqanlarında xərçəngin böyüməsinə maneə törətdiyi göstərilib. Beləliklə aydınlaşıb ki, həmin dərman şişlərin 20 faizini məhv edə və uzunmüddətli toxunulmazlıq yarada bilir.

Mütəxəssislər sözügedən dərmanın hələ insanlar üzərində sınaqdan keçirilmədiyini bildiriblər. Çində "Ruoxinlin" adı ilə satılan "Ansofaxine" 2022-ci ilin noyabrında depressiyanın müalicəsində istifadəyə icazə verilib.

ABŞ Qida və Dərman Administrasiyasında antidepressantın təsdiq prosesi ilə bağlı araşdırmalar davam edir.


Etiketlər:  Xərçəngin müalicəsi üçün dərman müəyyən olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ