Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2024 14:16
Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində güclü yağışlar nəticəsində 8 nəfər ölüb, 12 nəfər yaralanıb.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə ölkənin Yerli təbii fəlakət idarəsinin rəsmisi Ənvər Şahzad məlumat verib.
Onun sözlərinə görə, bəzi bölgələrində güclü yağış səbəbindən evlərin damları uçub, daşqınlar baş verib və bəzi yollar bağlanıb.
"Ölənlərdən 3-ü bir ailədən olan 3-7 yaşlı bacı-qardaşdır" deyə, əlavə edib.