Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Milyonlarla amerikalının məlumatları darknetə sızdırıldı

Milyonlarla amerikalının məlumatları darknetə sızdırıldı

Tarix: 31 Mart 2024 16:12

Böyük məlumat sızması nəticəsində Amerikanın data operatoru "AT T"nin 73 milyon abunəçisinin şəxsi verilənləri darknetdə yerləşdirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Operatorun nümayəndələri bildirib ki, hakerlər 2019-cu ildə 7,6 milyon cari abunəçi və 65,4 milyon keçmiş müştəri haqqında məlumatı özündə əks etdirən verilənlər bazasına giriş əldə ediblər. Onların şəxsi verilənlərinə ABŞ-də banklardan və həkimlərdən xidmət almaq üçün istifadə edilən sosial təminat nömrələri daxil idi. Cinayətkarlar bu nömrələrdən "şəxsiyyət oğurluğu" üçün istifadə edə bilərlər.

"Hazırda "AT T" verilənlər toplusunun çıxarılmasına gətirib çıxaracaq sistemlərinə icazəsiz giriş əlamətləri görmür. Şirkət sızmaya məruz qalanlarla fəal şəkildə məşğul olur", - şirkət diqqətə çatdırıb.

"AT T" sızmanın onların sistemlərindən qaynaqlandığını və ya diler şəbəkəsi ilə əlaqəli olduğunu araşdırır.

Milli.Az


Etiketlər:  Milyonlarla amerikalının məlumatları darknetə sızdırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ