Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Trabzonspor'' - ''Fənərbağça'' oyunundakı qalmaqala görə onlar cəzalandırılacaq

''Trabzonspor'' - ''Fənərbağça'' oyunundakı qalmaqala görə onlar cəzalandırılacaq

Tarix: 1 Aprel 2024 16:26

Türkiyə Futbol Federasiyası (TFF) "Fənərbağça" klubunun üç futbolçusuna qarşı intizam işi açıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bunlar Osayi Samuel, Ceyden Ostervolde və İrfan Can Eğribayatdır.

Samuel Superliqanın XXX turunda "Trabzonspor"la matçda davada iştirak etməkdə, Ostervolde ilə Eğribayat isə idmançıya yaraşmayan hərəkət və həmin hadisəyə qatılmaqda ittiham olunurlar.

Bundan əlavə, İstanbul təmsilçisinin rəsmiləri Kürşat Çiftlik və Ozan Özkana da eyni səbəbdən intizam işi açılıb.

Qara dəniz klubunun köməkçi məşqçisi Egemen Korkmazın da sözügedən qarşılaşmada davada iştirakı ucbatından cəzalanacağı gözlənilir.

Qeyd edək ki, qarşılaşmadan sonra meydana daxil olan azarkeşlərlə İstanbul klubunun futbolçuları arasında insident yaşanıb. Tərəfdarlar final fitindən sonra qələbəni qeyd edən oyunçulara hücum ediblər. Hadisəyə təhlükəsizlik əməkdaşları müdaxilə ediblər. Matç "Fənərbağça"nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.


Etiketlər:  Trabzonspor Fənərbağça oyunundakı qalmaqala görə onlar cəzalandırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ