Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Avroviziya" mahnısının Aygünün "Gecə yarı"sı ilə bənzərliyi - VİDEO

Tarix: 2 Aprel 2024 07:15

İspaniyalı təmsilçi Nebulossanın "Avroviziya 2024"də oxuyacağı "Zorro" mahnısı ilə bağlı maraqlı iddia ortaya çıxıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, mahnının musiqisinin Xalq artisti Aygün Kazımovanın "Gecə yarı" bəstəsinə bənzərliyi nəzərdən qaçmayıb.

Belə ki, ölkənin əsas ulduzunun 7 il əvvəl oxuduğu mahnının giriş hissəsi "Zorro" ilə eynidir. Bununla bağlı sosial şəbəkədə də videolar paylaşılıb. 

"Gecə yarı" mahnısınının musiqisi Tərlan Məmmədhüseynov, sözləri Azər Şirinə məxsusdur.  

Nebulosso sözügedən mahnı ilə ölkəsini Malmö-də keçiriləcək beynəlxalq yarışda təmsil edəcək. 

Milli.Az


Etiketlər:  Avroviziya mahnısının Aygünün Gecə yarısı ilə bənzərliyi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ