Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Saqqız çeynəmək diş üçün faydalıdır?

Saqqız çeynəmək diş üçün faydalıdır?

Tarix: 3 Aprel 2024 20:57

Araşdırmalara görə, tərkibində şəkər olmayan saqqız çeynəmək diş sağlamlığı üçün yaxşıdır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, stomatoloqlar yeməkdən 20 dəqiqə sonra şəkərsiz saqqız çeynəməyi məsləhət görürlər. Onların fikrincə, şəkərli saqqızlar xeyirdən çox zərər verir. 

Saqqız çeynəməyin faydası daha çox tüpürcək istehsal etməyə kömək edir ki, bu da yeməkdən sonra ağızda qalan turşulara və bakteriya tullantılarına qarşı ağızın təbii müdafiəsidir.

Bundan əlavə, saqqız dişlərdə nazik bir təbəqə əmələ gətirir. Belə ki, diş sağlamlığı üçün gündə iki dəfə dişlərinizi flüorlu pasta ilə fırçalamaq və yeməklər arasında saqqız çeynəmək vacibdir. Hər gün diş ipindən istifadə etmək də faydalı olacaq.

Yeri gəlmişkən, saqqız yalnız dişlərin çürüməsinin qarşısını almaqla yanaşı, həm də ağız quruluğu və xoşagəlməz qoxu ilə də kömək edə bilər. Saqqız çeynəmək həmçinin qastroezofagial və ya laringofaringeal reflü olan insanlarda simptomları azalda bilər.

Milli.Az


Etiketlər:  Saqqız çeynəmək diş üçün faydalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ