Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Armen Qriqoryan Brüssel görüşünün gündəliyini açıqladı

Armen Qriqoryan Brüssel görüşünün gündəliyini açıqladı

Tarix: 5 Aprel 2024 11:00

Nikol Paşinyan, Entoni Blinken və Ursula fon der Leyenin Brüsseldə planlaşdırılan üçtərəfli görüşü bu gün saat 14:00-da başlayacaq.

Milli.Az xəbər verir ki,  Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan görüşlə bağlı bunları deyib: Brüsseldə keçirilən üçtərəfli görüşün iqtisadi gündəliyi var və Paşinyan-Ursula Fon der Lyayen arasında Qranada görüşünün davamıdır. İclasda regional və təhlükəsizlik məsələləri müzakirə edilməyəcək, lakin yeni sistem xarakterli məsələlər müzakirə olunacaq. Ermənistan müstəqilliyin, ərazi bütövlüyünün, suverenliyinin və demokratiyanın möhkəmlənməsinə töhfə verən ölkələrlə işləyəcək. Bu heç bir başqa ölkəyə qarşı yönəlməyib. 

Milli.Az


Etiketlər:  Armen Qriqoryan Brüssel görüşünün gündəliyini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ