Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğan pakistanlı həmkarı ilə danışdı

Ərdoğan pakistanlı həmkarı ilə danışdı

Tarix: 7 Aprel 2024 01:44

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan pakistanlı həmkarı Asif Əli Zərdari ilə telefon danışığı aparıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "TRT" məlumat yayıb.

Danışıq zamanı Türkiyə ilə Pakistan arasındakı əlaqələr müzakirə olunub.

Ərdoğan qarşıdakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası ilə nümunəvi ikitərəfli əlaqələrin daha da güclənəcəyini bildirib.

Türkiyə lideri Pakistanda törədilən terror aktlarında həyatını itirənlərə Allahdan rəhmət diləyib, Zərdarinin Qədr gecəsi və qarşıdan gələn Fitr bayramını təbrik edib.

Milli.Az


Etiketlər:  Ərdoğan pakistanlı həmkarı ilə danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ