Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Trampdan Günəş tutulması ilə bağlı qəribə paylaşım - VİDEO

Trampdan Günəş tutulması ilə bağlı qəribə paylaşım - VİDEO

Tarix: 9 Aprel 2024 17:14

ABŞ-nin eks-prezidenti Donald Tramp Günəş tutulması ilə bağlı maraqlı və eyni zamanda qəribə paylaşım edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Tramp özünün "Truth Social" sosial şəbəkəsində Şimali Amerika əhalisinin aprelin 8-də şahidi olduqları tam Günəş tutulmasına həsr olunmuş seçkiqabağı kampaniyasının videosunu yerləşdirib.

Videoda "Bəşəriyyət tarixinin ən mühüm məqamı 2024-cü ildə baş verəcək" sözləri altında Donald Trampın başı Günəşi önünü qapadır və "2001-ci il: Kosmik Odisseya" filmindəki musiqinin müşayiəti ilə dünyanı tam qaranlığa qərq edir.

Bundan sonra növbəti ifadə ortaya çıxır: "Biz Amerikanı xilas edəcəyik. Və yenidən möhtəşəm edəcəyik".

Yayımlanan video sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub.

Milli.Az


Etiketlər:  Trampdan Günəş tutulması ilə bağlı qəribə paylaşım VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ