Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ İrandan ələ keçirdiyi silahları Ukraynaya verdi

ABŞ İrandan ələ keçirdiyi silahları Ukraynaya verdi

Tarix: 9 Aprel 2024 23:12

ABŞ İrandan Yəməndəki husilərə yük daşıyan gəmilərin yoxlanılması zamanı ələ keçirdiyi beş mindən çox silahı Ukrayna Silahlı Qüvvələrinə təhvil verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, bu silahlara AK-47 avtomatları, pulemyotlar, snayper tüfəngləri və RPQ-7 tank əleyhinə qumbaraatanlar daxildir.

Ukrayna bu silahları və 7,62 mm çaplı 500 mindən çox patronu aprelin 4-də əldə edib.

Milli.Az


Etiketlər:  ABŞ İrandan ələ keçirdiyi silahları Ukraynaya verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ