Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaxarova ABŞ-nin “Crocus”da istintaqda iştirakı ilə bağlı danışdı: “Bacarmayacaqlar…”

Zaxarova ABŞ-nin “Crocus”da istintaqda iştirakı ilə bağlı danışdı: “Bacarmayacaqlar…”

Tarix: 12 Aprel 2024 18:20

"ABŞ İŞİD terror qruplaşmasının "Crocus City Hall"da törədilən terror aktında iştirakı barədə fikirləri ilə istintaqı yanlış istiqamətə yönəldə bilməyəcək".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Aif.ru saytına müsahibəsində deyib.

"Biz görürük ki, ABŞ müxtəlif kanallar vasitəsilə dünya ictimaiyyətini İŞİD-in Əfqanıstan qolu olan "Vilayət Xorasan" tərəfdarlarının Krasnoqorskdakı terror aktında əli olduğuna inandırmağa çalışır", - deyə Zaxarova bildirib.

O, eyni zamanda əlavə edib ki, Vaşinqton bu qanlı cinayətin təhqiqatında iştirak etmir, ona görə də nəinki istintaqı yanlış yola yönəltmək, hətta onun gedişatına da hər hansı təsir göstərə bilməyəcək.

Mariya Zaxarova onu da bildirib ki, ABŞ-nin hərəkətləri himayəsində olanları "təmizə çıxarmaq" məqsədi daşıyır.

"Onlar ilk növbədə şübhələri özlərindən yayındırmaq üçün Kiyev rejimini sözün əsl mənasında sipər edirlər", - deyə o vurğulayıb.

Milli.Az


Etiketlər:  Zaxarova ABŞ nin Crocusda istintaqda iştirakı ilə bağlı danışdı Bacarmayacaqlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ