Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev: Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır

İlham Əliyev: Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır

Tarix: 16 Aprel 2024 13:48

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi barədə danışıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hazırda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində işin aparıldığını bildirən dövlətimizin başçısı deyib: "Bu layihə həyata keçiriləndən sonra biz Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm içməli su kimi istifadə edəcəyik. Dünyanın bir neçə ölkəsi duzsuzlaşdırma sahəsində böyük təcrübəyə malikdir və bizim də Xəzər dənizi kimi böyük su hövzəmiz var. Təbii ki, biz bu imkandan da istifadə edəcəyik".

Milli.Az


Etiketlər:  İlham Əliyev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində aparılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ