Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2024 15:28
Ermənistan Rusiya üçün yaxşı müttəfiq idi.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Ermənistan parlamentinin deputatı Qaqik Melkonyan "Freenews.am"a açıqlamasında deyib.
"Məsələn, biz onlara 98 milyon dollar borclu idik, lakin onlara borca görə 2 milyard dollar dəyərində əmlak verdik. Sonra biz onlara bütün qaz infrastrukturunu verdik, sonra görünür, bu kifayət etmədi və İrandan qaz kəməri verdik. Biz Ermənistanın bütün iqtisadiyyatını onlara verdik", - erməni deputat bildirib.
O, Kremli qane etmək üçün Ermənistanın daha nə etməli olduğunu sual edib
"Biz hər şeyə göz yumduq, dedik ki, bizim təhlükəsizliyimizi təmin edirlər", - Qaqik Melkonyan vurğulayıb.
O qeyd edib ki, Ermənistan Rusiya ilə normal münasibətlər qurmaq istəyən müstəqil ölkədir.