Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?

Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?

Tarix: 18 Aprel 2024 07:51

Mövsümi dəyişikliklər ürək sağlamlığına təsir edən mühüm amillərdən biridir. Mütəxəssislər xüsusilə yaz aylarında infarkt, ürək çatışmazlığı və insult risklərinin artdığına diqqət çəkirlər.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, kardioloq, Dos. Dr. Erdem Karaçöp qışdan yaza keçərkən baş verən bütün dəyişikliklərin ürəyimizə də təsir etdiyini söyləyib.

"Atmosferdəki temperatur, təzyiq dəyişiklikləri və günəşin təsiri ilə ürək xəstəlikləri, allergiya və dəri xəstəliklərinə daha çox rast gəlinir. Ani hava dəyişikliyi fiziki və mənəvi dəyişikliklərə səbəb olur. Bütün bu dəyişikliklərdən təsirlənən orqanizmdə infarkt riski də artır. Yaz aylarında yuxarı tənəffüs yolları infeksiyalarının artması ürək çatışmazlığının pisləşməsinə səbəb ola bilər. Havalar istiləşdikcə tərləmə kimi səbəblərdən bədəndə maye itkisi səbəbiylə qan laxtalanmaya meyilli olur. Bu isə infarkt, ürək çatışmazlığı və insult risklərini artırır", - deyə həkim qeyd edib.

O, yaz aylarını rahat keçirmək üçün tövsiyələrini isə belə sıralayıb:

"Sağlam qidalanmaya diqqət edin. Kifayət qədər su içdiyinizdən əmin olun. Vitamin və mineral dəyərlərinizi normada saxlayın. Vaxtı-vaxtında həkim müayinəsindən keçin. Aktiv olun, hər gün fiziki fəaliyyətlərlə məşğul olun. Mövsüm keçidi ilə bağlı infeksiyalara qarşı tədbirlər görün. Bahar allergiyası olanlar daha diqqətli olsunlar".


Etiketlər:  aylarında infarkt riski artır Hansı tədbirləri görmək lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ