Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkədə “TikTok” qismən məhdudlaşdırıldı

Bu ölkədə “TikTok” qismən məhdudlaşdırıldı

Tarix: 18 Aprel 2024 08:22

"TikTok" sosial şəbəkəsi Qırğızıstanda fəaliyyətini qismən dayandırıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"TikTok"a həm mobil cihazlardan, həm də kompüterlərdən daxil olmaq, demək olar, mümkün deyil. Bu sosial şəbəkədən videolar hələ də vaxtaşırı endirilsə də, bunun üçün çox vaxt tələb olunur: təxminən 5-10 dəqiqə.

Xatırladaq ki, bir neçə gün öncə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi (MTK) Rəqəmsal İnkişaf Nazirliyinə məktub göndərərək aprelin 18-dək ölkədə "TikTok"a girişin məhdudlaşdırılmasını tələb edib.

Milli.Az


Etiketlər:  Bu ölkədə TikTok qismən məhdudlaşdırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ